İCAN Nobel Sülh Mükafatına layiq görülüb

Nüvə Silahlarının Qadağan Edilməsi Beynəlxalq Təşkilatı (İCAN) 2017-ci il üçün “Nobel Sülh Mükafatı”na layiq görülüb. Bu barədə “Euronews” informasiya agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bunu dünən Osloda Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen elan edib. Komitə sədrinin sözlərinə əsasən, İCAN bu mükafata nüvə silahının istifadəsinin fəlakətli nəticələrinə diqqət yetirməklə bağlı səylərinə və nüvə silahının qadağan olunması ilə əlaqədar fəaliyyətinə görə layiq görülüb.

İCAN 2007-ci ildə Avstraliyada yaradılmış 101 ölkənin 468 qeyri-hökumət təşkilatını birləşdirən qurumdur.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimləri həmişə eyni gündə, mükafatların banisinin vəfat etdiyi gün – dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir.

Qeyd edək ki, builki Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu (1,1 milyon dollar) təşkil edir.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında