ABŞ Prezidenti “tufanqabağı sakitlik”dən danışıb

Koreya Xalq Demokratik Respublikası ABŞ və müttəfiqlərini kütləvi ölümlə hədələyir, Vaşinqton buna yol verməmək üçün hər şeyi edəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə ölkənin hərbi komandanları ilə görüşdə bəyan edib. Məlumatı TASS verib.

Ağ ev prezidentin çıxışının mətnini mətbuata yayıb. “Şimali Koreyada bizim məqsədimiz nüvəsizləşməyə nail olmaqdır. Bu diktaturaya imkan verə bilmərik ki, bizim ölkəmizi və müttəfiqlərimizi çoxsaylı insan ölümləri ilə hədələsin, - deyə Prezident Tramp bildirib. - Biz bunun qarşısını almaq üçün nə lazımdırsa, edəcəyik. Əgər tələb olunacaqsa, ediləcək, inanın mənə”.

Xatırladaq ki, Koreya yarımadasında yaranan gərginliyin səbəbi KXDR-in milli raket-nüvə proqramını fəal şəkildə inkaf etdirməsi, eləcə də son vaxtlar keçirilmiş ABŞ-Cənubi Koreya birgə təlimləridir. Bu ilin iyul ayında KXDR iki dəfə ballistik raketlərin sınağını keçirib və raketlər Yaponiya ərazisi üzərindən keçib. Sentyabrın 3-də isə Pxenyan hidrogen bombasını uğurla sınaqdan keçirdiyini elan edib.

ABŞ hərbi komandanlığının üzvləri və onların xanımları ilə şam yeməyindən əvvəl isə Prezident Tramp “Tufan qabağı sakitlik” ifadəsini işlədib. Ancaq bunun nə demək olduğunu açıqlamayıb. Jurnalistlərin bu barədəki sualına, sadəcə, “biləcəksiniz” deyə cavab verib. Ağ evin mətbuat xidməti prezidentin bu ifadəsini də yaymağı lazım bilib.

Tramp, xanımı Melanya və onların qonaqları ümumi foto çəkdirməyə hazırlaşarkən Prezident Tramp əli ilə otaqdakıları göstərib və tədbirdə iştirak edən reportyorlardan soruşub: “Uşaqlar, siz bilirsinizmi, bu, nə deməkdir?” Onların məsələyə aydınlıq gətirmək xahişini isə Tramp belə cavablandırıb: “Ola bilər ki, bu, fırtına qabağı sakitlikdir”. Bu zaman ona dediklərinin İrana, yoxsa İŞİD-ə aid olduğunu aydınlaşdırmaq barədə sual verilib, lakin Tramp suala cavab verməyib və deyib: “Bizim hərbçilər dünyanın ən yaxşı hərbçiləridir”.

Trampın təşkil etdiyi görüşdə ABŞ-ın müdafiə naziri Ceyms Mettis, ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster də iştirak ediblər.

Görüş zamanı ABŞ Prezidenti, eyni zamanda, İranı nüvə proqramı ilə bağlı razılaşmanın “ruhuna uyğun” hərəkət etməməkdə günahlandırıb və gələn həftə bu razılaşmanı ləğv edəcəyini bəyan edib. Bundan əlavə, müttəfiqlərini KXDR-in hədələrindən qoruyacağını vəd edib, eyni zamanda, İŞİD-lə mübarizədə qazanılmış uğurlardan danışıb.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında