Səudiyyə Ərəbistanı Kralının Rusiya səfəri

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əl-Səud ilk dəfə Rusiyaya rəsmi səfər edib. Kral üçgünlük səfəri çərçivəsində RF Prezidenti Vladimir Putinlə görüşüb. Rusiya Prezidenti açıqlamasında bildirib ki, səfər əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıyır və bu ikitərəfli əməkdaşlığa müsbət təsir edəcək.

Liderlər Yaxın Şərq və Şimali Afrikadakı mövcud siyasi vəziyyəti, dünya neft bazarındakı durumu müzakirə ediblər. İki dövlət arasında kosmosda kəşfiyyat və ondan istifadə sahəsində əməkdaşlıq haqqında da razılıq əldə olunub. Sənəd Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Krallığının enerji, sənaye və mineral ehtiyatlar naziri Xalid Əl-Falih tərəfindən imzalanıb. Məlumatı RİA “Novosti” verib.

Tərəflər həmçinin ticarət, iqtisadi və elmi-texniki əməkdaşlıq üçün yol xəritəsi, əmək, sosial inkişaf və sosial müdafiə sahəsində anlaşma və əməkdaşlıq memorandumu, 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramı, kənd təsərrüfatı və atom enerjisindən istifadə sahəsində əməkdaşlıq haqqında da razılıq əldə ediblər. Müzakirələrdən sonra Rusiya və Səudiyyə Ərəbistanı əməkdaşlıq haqqında 14 sənəd imzalayıb.

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al-Səud bildirib ki, ölkəsi ilə Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi üçün böyük imkanlar mövcuddur. Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və diversifikasiyası, ticarət və iqtisadi sərmayə bazasının yaradılması, bütün istiqamətlərdə ticarət mübadiləsi və inkişafı  üçün böyük imkanlar  var. İki ölkə liderləri beynəlxalq gündəliyin bütün mövzularında məsləhətləşmələr apardıqlarını biliriblər.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr Moskva ilə ər-Riyad arasında münasibətlərin tarixi bir mərhələnin başlanğıcı olduğunu söyləyib. Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr “əvvəlcə təsəvvür edilə bilməmiş yeni üfüqlərə” çatıb. Həmçinin, iki liderin görüşü ölkələrimiz arasında iqtisadi, siyası, mədəniyyət sahəsində uğurlu əməkdaşlığa yeni qapılar açır.

Nazir açıqlamasında Moskva və ər- Riyadı narahat edən xarici siyasət məsələlərinə toxunub, Suriya böhranı ilə bağlı Rusiya ilə sıx əməkdaşlıq edəcəklərini bəyan edib. Ər-Riyad Astanada aparılan danışıqlar prosesini və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Nazirin sözlərinə görə, Rusiya və Səudiyyə Ərəbistanı təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində də əməkdaşlığı gücləndirmək niyyətindədir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Səudiyyə Ərəbistanı Kralının Moskvanın Suriya münaqişəsinin həlli ilə bağlı mövqeyini müsbət qiymətləndirdiyini söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Rusiyanı Yaxın Şərqdə əhəmiyyətli bir qüvvə olaraq tanıyır.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında