Azərbaycan nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasının tədbirində iştirak edib

Misirin Şarm-əş-Şeyx şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasına (IACA) üzv Dövlətlərin Assambleyasının 6-cı sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, baş idarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, Azərbaycanın bu sahədə qazandığı uğurları qeyd edib.

Tədbirdə IACA  fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib. Həmçinin qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanıb. Həmin sənədlərin hazırlanması və qəbulu prosesində ölkəmizin nümayəndə heyətinin fəal iştirakı xüsusi vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner, eləcə də Misir və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev iştirak edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında