Gömrük Komitəsi ilə BMqT arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına geniş imkanlar var

Dövlət Gömrük Komitəsi (DGK) ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına geniş imkanlar var.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikir oktyabrın 5-də DGK-nın sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib.

DGK-nın sədri Azərbaycanda biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Aydın Əliyev gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunaraq bildirib ki, Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzi fəaliyyət göstərir. Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və sair belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.

Komitə sədri Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması işinin DGK tərəfindən də müvəffəqiyyətlə həyata keçirildiyini, gömrük xidmətində innovativ metodların tətbiqinə geniş yer verildiyini söyləyib.

DGK-nın sədri respublikamızda hər bir sahədə olduğu kimi, dövlət miqrasiya siyasətinin də uğurla həyata keçirildiyini qeyd edərək, Azərbaycan gömrük orqanlarının miqrasiya və sərhəd xidmətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb və bu sıx əlaqələrin qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak gömrük xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsindəki roluna toxunaraq, gömrük orqanlarının bütövlükdə beynəlxalq təhlükəsizlik işinə mühüm töhfələr verdiyini vurğulayıb.

Serhan Aktoprak Azərbaycan Gömrük Xidmətinin ölkədə sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilməsi, kadr potensialı və maddi-texniki resurslarının gücləndirilməsi, gömrük işi sahəsində müasir metodologiyanın tətbiqi, hüquqpozmalara qarşı mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə etməsindən məmnunluq duyduğunu ifadə edib. Nümayəndəliyin rəhbəri Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində keçirilən layihələrdə gömrük orqanlarının da iştirakının önəmini qeyd edib, bunun qarşılıqlı təcrübə mübadiləsinin daha da genişlənməsinə şərait yaradacağını bildirib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında