Tacikistan “ASAN xidmət” brendinə və Dövlət Əmlak Komitəsinin təcrübəsinə böyük maraq göstərir

Azərbaycan şirkətləri Tacikistan ərazisində elan edilən tender layihələrində daha da yaxından iştirak etməyə dəvət olunublar.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin İnvestisiya və Mülkiyyətin İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Fayziddin Kaxxorzoda ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndiyi qeyd edilib, sərmayə qoyuluşu sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir Azərbaycanın iqtisadi inkişafı haqqında söhbət açıb, bu uğurun qazanılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib, bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.           

A.Həsənov Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan danışıb, sənaye və kənd təsərrüfatında əldə edilmiş təcrübənin Tacikistan tərəfi ilə bölüşməyə hazır olduğunu qeyd edib.

F.Kaxxorzoda “ASAN xidmət” brendinə və Dövlət Əmlak Komitəsinin (DƏK) təcrübəsinə ölkəsində böyük maraq olduğunu bildirib, DƏK-nin sədri Kərəm Həsənovla görüşmək və əməkdaşlıq məsələlərini müzakirə etməyə hazır olduğunu qeyd edib. Görüşdə, həmçinin Tacikistan ərazisində elan edilən tender layihələrində Azərbaycan şirkətlərinin daha da yaxından iştirak edəcəklərinə inam ifadə olunub.

A.Həsənov bildirib ki, Dövlət Əmlak Komitəsinin daşınmaz əmlakın dövlət reyestri, dövlət əmlakının kadastrı və ünvan reyestri üzrə dövlət siyasəti yaxşı nəticə verib və bu sahədə Azərbaycan tərəfi öz təcrübəsini bölüşməyə hazırdır.

 “ASAN xidmət” haqqında səfir A.Həsənov geniş məlumat verib və bildirib ki, “ASAN xidmət”in üstün cəhəti əhaliyə yüksək səviyyədə xidmət göstərilməsidir.

Bildirilib ki, Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğuna baxmayaraq, Düşənbə-Bakı birbaşa aviareysinin bərpası məsələsi bu günədək həll edilməyib, bu da əlaqələrimizin inkişafına maneçilik törədir.

Tacikistan tərəfi Azərbaycandan neft məhsullarının və xam neftin alınmasında maraqlı olduğunu, Aşağı Pənc əyalətində yaradılan azad iqtisadi zonada Azərbaycan şirkətlərinin də yaxından iştirakına ümid etdiyini bildirib.

Görüşdə Azərbaycan investorlarının Tacikistan iqtisadiyyatına maraq göstərdiyi vurğulanıb, Tacikistan tərəfindən xarici sərmayənin cəlb edilməsi məqsədilə münbit şəraitin yaradılmasının vacibliyi qeyd olunub.

Qulu KƏNGƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında