Nəsimi rayonu müəllimlərinin bayram şənliyi

Nəsimi Rayon İcra Hakimiyyətində  5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun təhsil işçilərinin bayram şənliyi  keçirilmişdir.

Mərasim iştirakçıları Müəllimlər Gününə həsr olunmuş video-çarxa baxdıqdan sonra  Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif  Əsgərov müstəqil dövlətimizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açmışdır. Natiq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmişdir. O, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə müəllimə hörmət və ehtiramla yanaşmış, onların qayğısına qalmışdır. Ulu öndər demişdir ki, “Təhsil millətin gələcəyidir”, “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir”.

Rayon rəhbəri Prezident İlham Əliyevin himayəsi ilə son illər respublikamızda yeni təhsil müəssisələrinin  tikilməsi və köhnə məktəblərin əsaslı təmir olunması, müəllimlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlardan,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  milli təhsilin inkişafı yönündə gördüyü işlərdən danışmış və son illərdə rayonun təhsil müəssisələrində qazanılmış uğurlar barədə məlumat vermişdir.

Tədbirdə daha sonra bildirilmişdir ki, müəllim əməyi nəticəsində bilikli, geniş dünyagörüşlü, nümunəvi insanlar
yetişir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz onların yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Mərasimdə çıxış edənlər təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Şənliyin sonunda Asif  Əsgərov Azərbaycan Respublikası  Prezidentinin sərəncamı ilə  “Əməkdar  müəllim”  adına  layiq  görülmüş 23 saylı tam orta məktəbin müəllimi  Ağabacı Mirzəyevanı, “Tərəqqi” medalı ilə tətif edilmiş  Bakı Slavyan Universiteti məktəb- lisey kompleksinin müəllimi  Naibə Kərimlini və 46 saylı tam orta məktəbin müəllimi İncinaz  Ələkbərlini səmimi təbrik etmiş, onlara gül dəstələri və hədiyyələr vermişdir.

Bayram şənliyində iştirak edən təhsil işçilərinə də Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri  təqdim olunmuşdur.

R. TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında