Rusiya ilə Səudiyyə Ərəbistanı neftin qiyməti məsələsini müzakirə edəcəklər

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al-Səud ilk dəfə olaraq Rusiyaya səfər edib. Səudiyyə Ərəbistanının Kralı Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə neftin qiymətinin taleyini həll edəcəklər. Hasilatın azaldılması davam edəcəkmi? Dünya bazarında neftin qiyməti artacaqmı? Bu və digər məsələlərə  iki ölkə rəhbərinin fikirləri aydınlıq gətirəcək.

Bir neçə gün əvvəl Moskvada keçirilən enerji forumunda  Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, əgər hasilatın azaldılması neftin qiymətinə xeyirdirsə, onda hasilatın azaldılması ilə bağlı öhdəliyin müddətini 2018-ci ilin axırınadək uzatmaq olar.

Oktyabrın 3-də isə Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, hasilatı azaltmaq Rusiyaya xeyir gətirib. Neftdən gələn gəlir bir neçə trilyon rubl olub.

Dünya bazarında isə vəziyyət belədir: Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 56,19 dollardır. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 50,43 dollardır. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 58,30 dollardır.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında