İranla nüvə razılaşmasına əməl olunması ABŞ-ın maraqlarına xidmət edir

ABŞ-ın müdafiə naziri Ceyms  Mattis  Birləşmiş Ştatların  İranla əldə edilən nüvə razılığına sadiq qalmasının vacibliyini vurğulayıb. Həmçinin o bildirib ki, biz İranın razılığa sadiq qaldığından əmin olmalıyıq.  Müdafiə naziri  bunun ABŞ-ın maraqlarına xidmət etdiyini bildirib. Mattis deyib ki, indiki vəziyyətdə Prezident bunun ziddiyətə yol açacağını düşünməlidir. Məlumatı “Amerikanın səsi” verib.

 Qeyd edək ki, Donald Tramp Milli Təhlükəsizlik Şurasına İranın nüvə proqramı ilə bağlı beynəlxalq sazişi nəzərdən keçirməyə və bu ölkəyə qarşı qoyulan sanksiyaların ləğvinin ABŞ-ın milli təhlükəsizlik maraqlarına təsirini qiymətləndirməsinə dair göstəriş verib.

Bu ilin yayında  ABŞ Konqresi İranın raket proqramına sanksiya qoyulması haqqında qanun qəbul edib və Prezident tərəfindən imzalanıb. İran  isə bu deyilənləri qəbul etmir və onun  raket proqramının BMT qətnaməsinə zidd olmadığını bildirir.

ABŞ-ın  İrana qarşı kəskin iqtisadi sanksiyaların tətbiq edilməsinə İranın qlobal neft bazarlarına çıxışını məhdudlaşdırıb. Bildirilir ki, sanksiyalar İslam rejiminin nüvə silahı əldə etməsi səylərini əngəlləmək mahiyyətini  daşıyır.

Tehran Avropa hökumətlərini ABŞ-ın yeni sanksiyalarına dəstək verməməyə çağırıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında