Pentaqon: ABŞ-ın hərbi qüvvələri Rusiya ilə ikitərəfli əməkdaşlıqda iştirak etmir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası Suriyada öz fəaliyyətini Rusiya tərəfi ilə əlaqələndirmir, yalnız səmada insidentlərin qarşısının alınması üçün hərbi idarələr arasında informasiya mübadiləsi olur. Bunu RF-nin xarici işlər naziri Sergey Lavrovun iki gün əvvəl verdiyi bəyanatla bağlı TASS-ın sualını cavablandıran ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Mişel Baldanza söyləyib.

Xatırladaq ki, Rusiya XİN başçısı bildirib ki, Rusiya ABŞ və onun başçılıq etdiyi koalisiyanın Suriyada hərəkətlərini bu ölkənin ordusu və RF-nin Hava Kosmik Qüvvələri ilə əlaqələndirməsini istəyir. “Amerikanın hərbi qüvvələri Rusiya ilə ikitərəfli əməkdaşlıqda iştirak etmir. Biz ABŞ-ın 2017-ci il üçün hərbi büdcəsində nəzərdə tutulduğu kimi, RF və ABŞ-ın ikitərəfli əməkdaşlığına qoyulmuş qadağaya əməl edirik”, - deyə Pentaqon nümayəndəsi bildirib.

“Koalisiya Rusiyanın Suriyadakı hərbi qüvvələri ilə kooperasiya və koordinasiyada iştirak etmir. Məsələn, koalisiya Rusiya qüvvələrinin həyata keçirdiyi bu və digər əməliyyatı dəstəkləmir, endirdiyi hava zərbələrinin hədəfi barədə Rusiya tərəfinə informasiya vermir, onlara atəş dəstəyi göstərmir, eləcə də döyüş meydanlarında Rusiya əsgərlərini təlimatlandırmır. Bu gün bu cür hərəkətlər etmək planımız da yoxdur”.

Baldanzanın sözlərinə görə, koalisiya, müttəfiq və Əsəd rejiminə sadiq qüvvələr arasında Suriya səmasında və yerdə təhlükəli insidentlərə yol verilməməsi üçün lazımi kanallar mövcuddur.

Lavrov bildirmişdi ki, PF Prezidenti Vladimir Putinin BMT-nin mərkəzi koordinasiyası altında geniş antiterror koalisiyasının formalaşdırılması haqqında təşəbbüsü öz aktuallığını saxlayır. “Bu təşəbbüs beynəlxalq hüquqa əməl edilməsini, ərazisində terrorla mübarizə aparılan ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini nəzərdə tutur”.

Dünən Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov isə bildirib ki, ölkəsinin Suriyadakı hərbi aviasiyası “Cəbhət-ən-Nüsrə”nin yeraltı anbarlarındakı tonlarla sursatı məhv edib. Zərbə Əbu-əd-Duxur yaşayış məntəqəsi rayonunda endirilib. “Aviazərbə nəticəsində başlamış yanğın bir neçə saat davam edib və anbardakı silah-sursat tamamilə yanıb”.

General əlavə edib ki, “Cəbhət-ən-Nüsrə”nin yeraltı anbarlarını Rusiyanın hərbi kəşfiyyatı aşkara çıxarıb və informasiya müxtəlif kanallar vasitəsilə təsdiqini tapdıqdan sonra əraziyə aviazərbələr endirilib.

Paşa ƏMİRCANOV,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında