Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Azərbaycandakı multikultural mühiti təqdir ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi barədə danışıb. O, Azərbaycan və Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib. Enerji, nəqliyyat və uzlaşma kimi sahələrdə əməkdaşlığa toxunan nazir yeni sazişin siyasi, iqtisadi, ticarət, enerji, humanitar və digər sahələri əhatə edərək Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını nəzərə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son statusu haqqında ətraflı məlumat verən Elmar Məmmədyarov münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin yeganə nizamlanma yolu olduğunu bir daha bəyan edib. Nazir BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-ın Minsk qrupunun həmsədrləri, eləcə də Ermənistan xarici işlər naziri ilə görüşünün keçirildiyini və həmsədrlərin bu həftə regiona səfər edəcəyini diqqətə çatdırıb.

Dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin beynəlxalq münasibətlərin təməl prinsipi olduğunu deyən Elmar Məmmədyarov bunun Avropa İttifaqının qlobal strategiya sənədində də təsbit olunduğunu vurğulayıb.

Elmar Məmmədyarov, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi və nəqliyyat sahəsində Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq imkanlarından danışıb.

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətinin üzvləri Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm mühitini, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yaşamasını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafını, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və maliyyə islahatlarını təqdir ediblər.

Dialoq şəraitində keçən görüş əsnasında nazir Elmar Məmmədyarov qonaqların Azərbaycanın qonşu dövlətlərlə münasibətləri, beynəlxalq gündəlikdə duran aktual məsələlərlə bağlı mövqeyi, regionda təhlükəsizlik məsələləri, terrorizmə qarşı mübarizədə oynadığı rol və digər məsələlərə dair çoxsaylı suallarını cavablandırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında