Bakıda Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Bu gün Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipini əldə rəhbər tutaraq, müxtəlif sahələrdə əməkdaşlıq edirlər.

Ölkə rəhbərlərinin siyasi müstəvidə həyata keçirdiyi əməkdaşlığı universitetlər elm-təhsil sahəsində davam etdirirlər. Bu nöqteyi-nəzərdən, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Türkiyənin Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 12-dən 14-dək keçiriləcək “Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş II Beynəlxalq Elmi konfrans” hər iki dövlətin elm-təhsil sisteminin inteqrasiyası və sürətlənməsi sahəsində mühüm addım olacaq.

Universitet və AMEA-nın institutları daxil olmaqla sözügedən konfransda Türkiyənin 5, Azərbaycanın isə 20-dən çox ali təhsil müəssisələrindən 83 məruzə dinləniləcək.

Konfransın elmi istiqamətləri “Müstəqil Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti”, “Səfəvi-Osmanlı münasibətləri (XV-XVI əsrlər)”, “İqtisadiyyat və Turizm”, “Tarix”, “Qafqaz İslam Ordusu və Azərbaycan”, “Dağlıq Qarabağ problemi: dünən və bu gün”, “Ortaq ədəbi və mədəni dəyərlər”, “İctimai fikir və şəxsiyyətlər”, “Mədəni əlaqələr”, “Strategiya, İnkişaf, Hədəflər”, “Din və təriqət”, “Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə”,” Ortaq tarix”, “Azərbaycan-Türkiyə əlaqələri: tarixi təhlil”, “Elm və təhsil”, “Türklərə qarşı soyqırımı siyasəti”, “Dil və ədəbiyyat”, “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” mövzusunda müəyyən edilib.

Oktyabrın 14-də şəhər gəzintisi ilə konfrans öz işini yekunlaşdıracaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında