Türkiyə Prezidentinin İrana rəsmi səfəri başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfəri başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hava limanında R. T. Ərdoğanı İranın sənət, mədən və ticarət naziri Məhəmməd Şəriəti və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar qarşılayıblar. Səfərdə Türkiyə Prezidentini  xarici işlər naziri  Mövlud Çavuşoğlu,  iqtisadiyyat naziri  Nihat  Zeybəkçi, enerji naziri Barat Albayrak,  gömrük və ticarət naziri  Bülənt Tüfəkçi, daxili işlər naziri Süleyman Soylu və digər rəsmilər müşayiət edirlər.

R. T. Ərdoğan bu gün İranlı həmkarı Həsən Ruhani və ali lider Ayətullah Xamenei ilə görüşəcək. Daha sonra İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü strateji iclası keçiriləcək və bir sıra sənədlər imzalanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında