Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımı gömrük orqanlarının fəaliyyəti ilə əsaslandıran və həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Belə ki, ekspert rəyi əsasında hazırlanan məlumatda kərə yağının qiymətindəki artım gömrük vergi və rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda, digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulması ilə əsaslandırılır və gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.

Dövlət Gömrük Komitəsi bildirir ki, kərə yağının  qiymətində artımın baş verdiyi dövrdə, bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb.

Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə isə ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur. Belə ki, 2016-cı ildə Azərbaycan Respublikasına 22 ölkədən 51 şirkət 28 377 938.84 ABŞ dolları dəyərində 8 357 095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35  998 149.22 ABŞ dolları dəyərində 8 391 526.17 kq  yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır.

O cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib.

Daxili bazarda formalaşan qiymətlərə gəlincə isə bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil.

Dünya birjalarında yağın qiymətinin artım dinamikasını göstərən qrafik təsviri təqdim edirik.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında