UNESCO baş direktoru vəzifəsinə namizədlərin ilkin səsverməsi oktyabrın 9-da keçiriləcək

UNESCO-da baş direktor vəzifəsinə namizədlərin ilkin səsverməsi oktyabrın 9-da keçiriləcək.

APA-nın UNESCO-nun saytına istinadən verdiyi məlumata görə, qurumun İdarə heyətinin oktyabrın 4-18-də keçiriləcək 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da günorta plenar iclasının sonunda ilkin gizli səsvermə aparılacaq.

Əgər tələb olunan səs çoxluğu əldə edilməsə, gizli səsvermə oktyabrın 10, 11 və 12-də eyni qaydada davam edəcək. Əgər sonuncu gün də tələb olunan səs çoxluğu əldə edilməsə, oktyabrın 13-də ən çox səs toplamış iki namizəd seçilərək müsabiqə onların arasında aparılacaq və yekun namizəd seçiləcək.

Baş direktorun namizədliyi İdarə Heyəti tərəfindən Baş Konfransa göndəriləcək və yeni baş direktor Baş Konfrans tərəfindən təyin olunacaq. UNESCO Baş Konfransının 39-cu sessiyası oktyabrın 30-dan noyabrın 14-dək Parisdə keçiriləcək.

Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər.

Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Digər 8 namizədlər Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian TANG, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulaydır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında