Türkiyə XİN: Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlara səfər etmək beynəlxalq hüquqa ziddir

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bu ölkə vətəndaşlarının Azərbaycanın işğal altında olan torpaqlarına səfər etmələri ilə bağlı açıqlama yayıb.

Açıqlama Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytına yerləşdirilib.

Nazirlik məsələ ilə bağlı 2017-ci il 29 sentyabr tarixli açıqlamasına əlavə olaraq qeyd edib ki, Türkiyə işğal altındakı torpaqlarımızın azad olunması üçün Azərbaycanla birlikdə fəaliyyət göstərməkdədir. Bildirilir ki, işğal altındakı torpaqlara Azərbaycanın icazəsi olmadan səfər etmək beynəlxalq hüquqa ziddir. Vətəndaşların diqqətinə çatdırılır ki, Azərbaycan tərəfi bu cür səfərlərin qarşısını almaq üçün qanunauyğun olaraq məhdudiyyətlər tələb edir. Odur ki, bu cür qanunsuz səfərlər edən Türkiyə vətəndaşları da həmin tələblərə əməl etməlidirlər. Qanuni tələblərə riayət etmək daha münasibdir.

Açıqlamada qeyd olunur ki, Türkiyə tərəfi qeyd olunan ərazilərə qanunsuz səfər edən vətəndaşları müdafiə etmək imkanında deyil.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında