Pyotr Levaşov ABŞ-a ekstradisiya olunub

Birləşmiş Ştatların müxtəlif  ticarət  qurumlarına qarşı kiberhücumlarda ittiham olunan rusiyalı haker Pyotr Levaşovun ABŞ-a ekstradisiyası barədə qərar qəbul edilib. Haqqında cinayət işi açılmış P. Levaşov İspaniya məhkəməsinin qərarı ilə  ABŞ-a təhvil veriləcək. Bu barədə BBC məlumat yayıb.

P. Levaşov “Kelihos” adlı botnet (botnet– hakerlərin müxtəlif kompüterlərə virus proqramları vasitəsilə daxil olaraq onları vahid şəbəkədə birləşdirib  kənardan idarə etməsidir) vasitəsilə iri həcmdə zərərli elektron məktubların hazırlanması və yayılmasında ittiham olunur. Bu ilin aprelində İspaniyada saxlanılan 36 yaşlı haker ifadəsində Rusiya ordusunun zabiti olduğunu və hakimiyyətdəki “Yedinaya Rossiya” Partiyası üçün müxalif qüvvələr haqqında informasiya topladığını deyib. Lakin onun iddiası Rusiya hökuməti tərəfindən təkzib edilərək ekstradisiyası üçün İspaniyaya müraciət olunub.

Qeyd edək ki,  “Spamhaus” təşkilatının məlumatına əsasən Pyotr Levaşov spam yayıcılarının “Top-10” siyahısında 7-ci sıradadır. Təşkilat rusiyalını “spam kral”larından biri hesab edir.

 Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında