Adam Herri: Kataloniyadakı referendum şotlandları da ruhlandıra bilər

Kataloniyadakı referenduma başqa separatçı hərəkatların prizmasından deyil, İspaniyanın siyasətində, mədəniyyətində və cəmiyyətindəki şərtlər nəzərə alınaraq baxılmalıdır. Bu sözləri siyasi təhlilçi Adam Herri Kataloniyanın müstəqilliyinə dair referendumun keçirilməsini şərh edərək “Eurasia Diary” saytına bildirib.

Siyasi təhlilçi qeyd edib ki, indiki İspaniya dövlətində Kataloniya tarixən ən qatı antifaşist və respublikaçı bölgə olub. Mariano Raxoy rejimi cəmiyyətdə neofrankist əhval-ruhiyyəni yaymaq üçün bir çox tədbirlərə əl atdı. Bundan başqa 2006-cı ildə Kataloniya muxtariyyəti barədə qanunlara xitam verilməsi Barselona və Madrid münasibətlərindəki gərginliyin daha da artmasına səbəb oldu.

Herrinin fikrincə, Madridin Kataloniyaya qarşı internet müharibəsi aparması və polisin qəddarlığı kataloniyalılarda müstəqillik qazanmağın zəruri olduğu fikrini daha da gücləndirib.

Onun sözlərinə görə, Avropa İttifaqı gərginliyi azaltmağa qadir idi. Lakin Brüssel heç bir addım atmadı. “İndi Brüssel hər hansı gərginlik yarandığı halda onu azaltmaq üçün Barselona və Madrid arasında dialoq mexanizmi üçün platforma olmalıdır”, – deyə britaniyalı ekspert bildirib. 

Britaniyalı ekspert hesab edir ki, Kataloniyadakı referendum Avropadakı digər azlıqları da məsələn, flandriyalıları və şotlandları da eyni addımı atmağa təşviq edə bilər.

“İspaniyada antifaşizm probleminin kataloniyalıların hissləri ilə bağlılığı ölkə üçün unikaldır. İş burasındadır ki, bu məsələ uzun müddət gündəmdə olub. Lakin 1975-ci ildən indiyədək olan hökumətlər tərəfindən inkar edilib. Hazırda yaranmış vəziyyət sadəcə zaman məsələsi idi. Hər bir vəziyyət isə konkret bir konfliktin unikal atributları əsasında təhlil olunmalıdır”, - deyə A.Herri bildirib.

Bu arada, qeyd edək ki, dünən İspaniya Kralı VI Felipe canlı yayım vasitəsilə  xalqa müraciət edib.

Kral Kataloniyanın yerli hakimiyyətini Konstitusiya qaydalarını pozmaqda ittiham edib və baş verənləri qanundan kənar adlandırıb. Kral  baş verən hadisələri İspaniyanın vahidliyini pozmaq cəhdi kimi qiymətləndirib. “Bu şəxslər nəinki Kataloniyanın, bütünlükdə İspaniyanın iqtisadi və sosial sabitliyini pozmaq istəyirlər və biz buna imkan verməyəcəyik”,– deyə kral vurğulayıb.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında