Vladimir Putinin Aşqabad səfəri

Rusiya Prezidenti Vladimir Putin  Aşqabada səfər edib. Səfər zamanı o, həmkarı Qurbanqulu Berdıməhəmmədovla  bir sıra vacib məsələlər haqqında müzakirələr aparıb. Görüşün təfərrüatları barədə iki lider birgə mətbuat konfrans keçirib.

 “Bu səfər  Rusiyanın   Türkmənistanın etibarlı dostu  və    tərəfdaşı olduğunu bir daha  təsdiqlədi”, – deyə  Qurbanqulu Berdıməhəmmədov qeyd edib. Prezidentlərin  görüşündə   siyasi, ticarət-iqtisadi, elm, təhsil və mədəni-humanitar sahələr, ikitərəfli əməkdaşlığın əsas məsələləri, eləcə də mövcud regional problemlər müzakirə edilib.  Q.Berdıməhəmmədov  Türkmənistanın neytral xarici siyasətinə və qlobal inkişafın aktual məsələləri üzrə beynəlxalq təşəbbüslərinə davamlı dəstəyi üçün Rusiya Prezidentinə  minnətdarlığını bildirib.

“Türkmənistan da bütün konstruktiv səylərində  Rusiyanı dəstəkləyir. Bu gün Türkmənistan və Rusiya  bir daha öz öhdəliklərini nümayiş etdirdilər. Bu, ölkələrimizin maraqlarına cavab verir, planetdə sülhün, təhlükəsizliyin və sabitliyin qorunub saxlanmasına mühüm töhfə verir.”, – deyə Türkmənistan Prezidenti əlavə edib.

Dövlət başçıları görüş zamanı  bildiriblər ki,  iki ölkə  qlobal problemlər- terrorizmin, narkotiklərin qanunsuz dövriyyəsi ilə effektiv mübarizə aparılmasına dair əməkdaşlığı davam etdirəcəklər. Bu qarşılıqlı fəaliyyət ikitərəfli formatda və beynəlxalq təşkilatçılıq  çərçivəsində aparılacaq. 

 Tərəflər,  həmçinin vurğulayıblar ki, bu ilin aprelində Rusiya ilə Türkmənistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam  oldu. Səfər zamanı  Rusiya Prezidenti həmkarını “Aleksandr Nevski” ordeni ilə təltif edib. Hər iki dövlət bir-birini strateji tərəfdaş hesab edir və  Moskva  ilə  Aşqabad arasında 150 müqavilə  imzalanıb. 

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında