Suriyada “Cəbhət ən-Nüsrə”nin komandanlığı məhv edilib

Aleksandr BORTNİKOV: İŞİD ümumdünya terror şəbəkəsi yaratmaq niyyətindədir

Rusiyanın Hava Kosmik Qüvvələri Suriyada “Cəbhət ən-Nüsrə”nin komandanlığını məhv edib, onun başçısı isə kritik vəziyyətdədir. Məlumatı TASS verib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, ölkəsinin hərbçiləri Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Cəbhət ən-Nüsrə”nin 12 komandirini məhv ediblər. “Oktyabrın 3-də Rusiyanın hərbi kəşfiyyatı təşkilat rəhbərliyinin keçirməyə hazırlaşdığı iclasın vaxtı və yeri barədə səhih məlumat əldə edib. İclasa qruplaşmanın lideri Əbu Məhəmməd əl-Cülyani rəhbərlik edəcəkdi. Məlum hədəfi vurmaq üçün Rusiyanın Suriyadakı aviasiya qüvvələrinin Su-34 və Su-35 tipli təyyarələri ayrılıb”, - deyə Konaşenkov qeyd edib.

Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, hava zərbələrinin endirilməsi ilə bağlı qərar bir neçə kanal vasitəsilə terrorçuların toplaşacağı yer və vaxt barədə məlumatlar dəqiqləşdirildikdən sonra qəbul edilib. “Cəbhət ən-Nüsrə” liderinin yeri haqqında məlumatların toplanması çoxsəviyyəli kəşfiyyat kanalları vasitəsilə həyata keçirilib.

Konaşenkov deyib ki, zərbə nəticəsində “Cəbhət ən-Nüsrə” lideri çoxsaylı qəlpə yaraları alıb və qolunu itirib. Hazırda onun vəziyyətinin kritik olduğu müstəqil mənbələr tərəfindən təsdiq olunub. O, əlavə edib ki, qruplaşmanın 12 səhra komandiri isə 50 nəfərlik mühafizə xidməti əməkdaşı ilə birgə məhv edilib. Onların arasında əl-Cülyaninin yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var. Bunlardan başqa, əməliyyat nəticəsində onlarla sıravi döyüşçü müxtəlif dərəcəli yaralar alıb.

RF Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Rusiya hərbi polisinin İdlib deeskalasiya zonasının sərhədindəki müşahidə məntəqəsinə hücumda iştirak etmiş terrorçuların məhv edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Prezident Vladimir Putin isə Rusiyanın Krasnodar şəhərində 74 ölkənin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları rəhbərlərinin XVI iclasına göndərdiyi məktubda dünya ictimaiyyətini terrorizmə qarşı mübarizədə ikili standartlardan əl çəkməyə və səyləri birləşdirməyə çağırıb. “Artıq terrorçular taktikanı dəyişərək digər ölkələrdə və regionlarda yeni dayaq bazaları yaradırlar”.

Həmin tədbirdə çıxış edən RF Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov da bəyan edib ki, İŞİD Suriyada və İraqda məğlubiyyətə uğradıqdan sonra ümumdünya terror şəbəkəsi yaratmaq niyyətindədir. “Bunu son vaxtlar onların törətdikləri terror aktlarının coğrafiyası təsdiq edir. Bu il onların Əfqanıstan, Suriya, İran, İraq, Misir, Mali, Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, İsveç, Finlandiya və digər ölkələrdə törətdikləri terror aktlarında yüzlərlə günahsız insan qurban gedib”.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında