Azərbaycanın Dostları Assosiasiyasının İcra Şurası Fransanın Konyak şəhərində

Sentyabrın 30-da Azərbaycanın Dostları Assosiasiyasının (ADA)  İcra Şurasının üzvləri Fransanın Konyak şəhərinə 2 günlük səfər etmişlər. Səfər çərçivəsində ilk dəfə olaraq ADA-nın  İcra Şurasının Parisdən kənar sessiyası keçirilmişdir. İclası açan Konyak şəhərinin meri, ADA- nın İdarə Heyətinin üzvü Mişel Qurənşas assosiasiyanın üzvlərini bu tarixi şəhərdə salamlayaraq, toplantının məhz bu şəhərdə baş tutduğuna görə məmnunluğunu bildirmişdir. O, Konyak şəhəri ilə Azərbaycan arasındakı təməli qoyulmuş və intensiv inkişaf edən əməkdaşlıq və qardaşlıq əlaqələrindən bəhs etmişdir. Mer  Tovuz və Konyak şəhərləri arasnda 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilmiş layihələr haqqında məlumat vermişdir.

ADA -nın prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan- Fransua Mansel assosiasiyanın əsas devizinin hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini, bu istiqamətdə müxtəlif uğurlu layihələrin həyata keçirildiyini vurğulamışdır. O, Konyakın Azərbaycanla əməkdaşlıq və qardaşlıq əlaqələri yaratmış Fransanın ilk şəhərlərindən olduğunu xatırlatmış, ümumiyyətlə, son 25 ildə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırmışdır.

J-F.Marsel ADA-nın ölkəmizin zəngin tarixini və mədəniyyətini fransız xalqına yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Fransadakı səfirliyin dəstəyi ilə Fransanın bir çox bölgələrində həyata keçirilən layihələri dəstəklədiyini  vurğulamışdır. İclas zamanı idarə heyətinin üzvləri çıxış edərək,  Azərbaycan Demokratik Respublikasının yaradılmasının, qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi, ölüm hökmünün ləgv edilməsinin 19 illiyi və bir sıra əlamətdar hadisələrdən söz açmış, 2018-ci ilin Azərbaycan üçün əlamətdar il olacağı fikrini səsləndirmişlər.

ADA-nın baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tətdbirlər planının hesabatını təqdim edərək növbəti layihələr barədə icra şurasının üzvlərinə ətraflı məlumat vermişdir.  Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən Azərbaycanın Dostları Assosiasiyasının ölkəmizlə bağlı həqiqətlərin Fransada daha da geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirmişdir.

Azərbaycanın Dostları Assosiasiyasının İcra Şurasının tərkibinə yeni üzvlər seçilmişdir. UNESCO-nun mədəni diplomatiya uzrə xoşməramlı səfiri, sulh artisti Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə sədr müavini vəzifəsinə seçilmişdir.

İclasdan sonra şuranın üzvləri “Tovuz nar evi” nin açılışında iştirak etmişlər. Konyak şəhərinin meri Mişel Qurənşas Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışaraq, ikitərəfli münasibətlərin getdikcə genişləndiyini və möhkəmləndiyini vurğulamışdır. Rəsmi çıxışlardan sonra “Tovuz nar evi” ndə satışa çıxarılan məhsulların degustasiyası keçirilmişdir. 1 oktyabr tarixində isə ADA-nın nümayəndə heyəti Konyak şəhərində yerləşən ölməz şairəmiz  Məhsəti Gəncəvinin heykəlini ziyarət etmişdir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında