WBC-nin 55-ci Konvensiyası iştirakçılarının bir qrupu Mərdəkanda internat məktəbində olublar

Ümumdünya Boks Şurasının (WBC) Bakıda keçirilən 55-ci Konvensiyasının iştirakçılarının bir qrupu oktyabrın 3-də Mərdəkan qəsəbəsində yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində olublar.

WBC-yə üzv ölkələrin rəsmiləri, müvafiq federasiyaların nümayəndələri, idman menecerləri, məşhur boksçular, o cümlədən dünya çempionları Kristina Hammer və Jelena Mrdyenoviç məktəbdə ən müasir standartlara cavab verən şəraitlə maraqlanıb, sinif otaqlarına, yeməkxanaya və digər bölmələrə baxıblar.

Dərs prosesini də izləyən qonaqlar uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.

İnternat məktəbinin şagirdləri Azərbaycan Respublikasının dövlət himnini səsləndiriblər.

Tədbir bədii hissə ilə davam edib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında