Qadınlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı qadınlar şurasının ikinci konfransı keçirilib. Tədbirdə YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva, Milli Məclisin deputatı, YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Fətəliyeva və digər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan qadınının fədakarlığından, dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan bəhs edən video-çarx nümayiş olunub.

Konfrans iştirakçılarını salamlayan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov dedi ki, ötən əsrin sonlarında yenidən müstəqillik əldə edən respublikamız ciddi təhlükə ilə üzləşəndə Azərbaycan xalqı ölkəni bu çətin durumdan çıxarmağın yeganə yolunu ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında gördü və bu dahi şəxsiyyəti paytaxta dəvət etdi. Bu da təsadüfi deyildi. Çünki çoxsaylı siyasi hərəkatların, ən müxtəlif məqsədlərə və hədəflərə yönəlmiş qüvvələrin dağıdıcı fəaliyyətinin qarşısını məhz müdrik siyasət, möhkəm iradə, güclü şəxsiyyət ətrafında birləşən xalqın birliyi ala bilərdi. 1992-ci ilin payızında Heydər Əliyevə ünvanlanan çoxsaylı müraciətlərdən sonra Azərbaycanda yeni bir siyasi təşkilatın yaradılması işinə başlandığını diqqətə çatdıran natiq bildirdi ki, qısa müddətdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Tezliklə partiyanın nizamnaməsi, proqramı, rəhbər strukturu, seçkili orqanları formalaşdı, qarşıda duran vəzifələr müəyyənləşdirildi və Heydər Əliyev partiyanın sədri seçildi. Heydər Əliyev siyasətinin məntiqi nəticəsi olaraq müxalifət partiyası kimi təsis olunan YAP yarandığı vaxtdan bir neçə ay sonra hakim partiyaya çevrildi. 1993-cü ilin çətin iyun günlərində ölkəni idarə edə bilməyən rəhbərliyin müraciəti ilə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımızın ürəyində bir ümid, xaosa, anarxiyaya, qeyri-sabitliyə son qoyulacağına böyük inam yaratdı.

Hazırda Yeni Azərbaycan Partiyasının təkcə ölkəmizdə deyil, bütün regionda ən nüfuzlu siyasi təşkilata çevrildiyini bildirən H. Şikarov qeyd etdi ki, partiyanın Pirallahı rayon təşkilatı ən gənc təşkilat olsa da, rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Cəmi dörd yaşı olan bu təşkilat ölkəmizdə keçirilən 4 seçkidə uğurla iştirak edib. Hazırda YAP Pirallahı rayon təşkilatı üzvlərinin sayı 5 min nəfəri ötüb ki, bu da əhalisinin sayı cəmi 20 mindən bir qədər çox olan rayon üçün böyük göstəricidir. Ölkə Prezidenti cənab İlham Əliyevin Pirallahıya üç dəfə səfər etməsi yeni rayona dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür.

Tarixin hər bir mərhələsində Azərbaycan qadınının öz fəallığı, bacarığı və fədakarlığı ilə seçildiyini vurğulayan natiq YAP Pirallahı rayon təşkilatının uğurlarında qadınların da yaxından iştirak etdiklərini bildirdi. Hazırda təşkilatın sıralarında qadınların sayı 1283 nəfərdir, onlardan 576 nəfəri gənclərdir. YAP-çı qadınlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva konfransda çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ–yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlandı. Azərbaycanda gender bərabərliyinin təminatına dövlət səviyyəsində yüksək qayğı göstərildi. Hazırda partiyanın sıralarında birləşən qadınları dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək kimi vahid amal birləşdirir.

YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Fətəliyeva dedi ki, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələr verirlər.

Sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qadınlar şurasının gördüyü işlər barədə hesabat dinlənildi. Çıxış və təkliflərdən sonra təşkilatın fəal üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olundu. YAP Pirallahı rayon təşkilatı qadınlar şurasının 21 nəfərdən ibarət üzvləri, 11 nəfərlik idarə heyəti, yeni sədr və sədr müavinləri seçildi. Kəmalə Mustafayeva YAP Pirallahı rayon təşkilatı qadınlar şurasının sədri seçildi. Sonda konfransın qərar layihəsi səsə qoyularaq təsdiq olundu.

Ə.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında