FTB: Las-Veqasdakı hadisənin terrorla əlaqəsi yoxdur

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan Stiven Paddokun  terror qruplaşmaları ilə əlaqəsi olmayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) Las-Veqas üzrə nümayəndəsi Aaron Rauz bəyan edib.

“Hazırda Stiven Paddokun terror qruplaşmaları ilə əlaqəli olduğu təsdiqini tapmayıb. Araşdırma davam edir”,- deyə A.Rauz bildirib.

Bəzi məlumatlara görə, Paddok iri maliyyə firmasında analitik kimi çalışıb. 2003-cü ildə özəl pilot sertifikatı alıb. Onun iki kiçik təyyarəsi olub.

İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

Qeyd edək ki, “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 59 nəfər ölüb, təxminən 528 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında