Suraxanıda ahıl sakinlərin sosial müdafiəsinə xüsusi qayğı göstərilir

Suraxanı Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib. Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev çıxışında bildirib ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi keçirilir. Bu gün ölkəmizin hər yerində olduğu kimi, Suraxanı  rayonunda da yüksək səviyyədə qeyd edilir.

Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti ümummilli liderimiz Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi dövlətimizin daim diqqətindədir. Respublikamızda həyata keçirilən uğurlu sosial siyasət də məhz ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəldilib. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə qəbul edilən Dövlət Proqramına və digər sənədlərə əsasən, ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Möhtərəm Prezidentimiz cari ilin əvvəlində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) aparılan əsaslı təmir və geniş yenidənqurma işləri ilə tanışlıqdan sonra ahıllarla görüşdə Azərbaycan cəmiyyətində bütün dövrlərdə ağsaqqallara, ağbirçəklərə böyük hörmət olduğunu və dövlətimiz tərəfindən bu ənənələrin yaşadıldığını vurğulayıb: “Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə, yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır”.

Arzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Beynəlxalq Ahıllar Günündə bu qəbildən olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur.

Rəşad Hacıyev çıxışında Suraxanı rayonunda hazırda 70 yaşından yuxarı  5670  nəfərin yaşadığını, onların dövlət  tərəfindən təqaüdlə təmin olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, bildirib ki, rayonda yaşayan tənha və köməyə ehtiyacı olan ahıl insanlar da unudulmur, onlara evlərdə lazımi qulluq göstərilir.  

Hazırda rayonda  187  kimsəsiz ahıl insan yaşayır. Onlardan 146 nəfəri qadın, 41 nəfəri isə kişidir. Belə insanlar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alınıb və ehtiyacları öyrənilərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edilir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər keçirilir.

Qəsəbələrdə yerləşən poliklinikalar və xəstəxanalarda həkimlər tərəfindən ahıl vətəndaşların sağlamlığı nəzarətdə saxlanılır, onların müayinəsinə xüsusi diqqət yetirilir.

Ahıl insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün rayonda 8 “Veteranlar guşə”si tikilib istifadəyə verilib.  

Yaşlı nəslin problemlərinin həlli rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir.  Suraxanıda  fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər də bu məsələyə cəlb olunublar. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin  rayon bölməsi, Suraxanı  veteranlar və ağsaqqallar  şuraları da bu sahədə fəallıqları ilə fərqlənirlər.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Şahalı Cəbiyev, yayon Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev,  Böyük Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və ahılllar onlara göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında