BMT Suriya ilə bağlı üç görüş keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası oktyabr ayı ərzində Suriya üzrə üç görüş keçirməyi planlaşdırır. Belə görüşlərdən biri Cenevrədə rəsmi Dəməşq və müxalifət arasında danışıqların yeni raundu ərəfəsində baş tutacaq. Bu barədə oktyabrda Təhlükəsizlik Şurasına sədrlik edən Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattr bəyan edib. Məlumatı TASS verib.

Onun sözlərinə görə, Suriya mövzusu Təhlükəsizlik Şurasının gündəliyində ənənəvi olaraq vacib yerlərdən birini tutacaq. “Təhlükəsizlik Şurası Suriyaya həsr olunmuş üç görüş keçirəcək. Birinci görüş oktyabrın 4-də təşkil olunacaq və kimyəvi silahın tətbiqi ilə bağlı vəziyyətə həsr olunacaq”.

Delattr deyib ki, ayın sonunadək BMT və Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilatın birgə mexanizmi bu il aprelin 4-də Xan-Şeyxun şəhərində baş vermiş insidentlə bağlı aparılmış təhqiqatların nəticəsini elan edəcək. Əgər hesabat kimyəvi hücuma görə kimin məsuliyyət daşıdığını aydınlaşdırarsa, təqsirkarlara qarşı sanksiyaların tətbiqi məsələsinə baxıla bilər. 

Suriya mövzusu Təhlükəsizlik Şurasında ikinci dəfə oktyabrın 26-da gündəmə gələcək. Həmin iclasda BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da iştirak edəcək. Xatırladaq ki, Mistura bir müddət əvvəl bildirmişdi ki, Dəməşqlə müxalifət arasında danışıqların növbəti raundunu noyabrın əvvəllərində təşkil etmək niyyətindədir.

Delattr qeyd edib ki, bu görüş vacib əhəmiyyətə malikdir. “Hələ danışıqların növbəti raundu başlamamışdan bizim üçün maraqlıdır ki, nələr eşidəcəyik, Misturanın təklifi nədən ibarət olacaq və nəyə nail olunacaq”. Həmin iclasda və sonrakı qapalı məsləhətləşmələrdə Suriyada deskalasiya zonalarının yaradılması, bütün ölkə ərazisində atəşkəs rejiminin təminatı və müxalifətin vahid nümayəndə heyətinin formalaşdırılması kimi məsələlər müzakirə ediləcək.

Fransanın BMT-dəki nümayəndəsinin sözlərinə görə, Suriyadakı vəziyyətlə bağlı daha bir görüş oktyabrın 30-na planlaşdırılır. Burada ölkədəki humanitar vəziyyət müzakirəyə çıxarılacaq. O deyib ki, “Suriyada siyasi nizamlama prosesindəki bütün çətinliklərə baxmayaraq, humanitar böhran təcili reaksiya tələb edir. Bu, artıq ayrıca bir məsələdir”.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov isə bildirib ki, ölkəsinin Hava Kosmik Qüvvələri son iki gün ərzində Fərat çayının şərq sahilində xeyli İŞİD döyüşçüsünü məhv edib. “Həmin rayonda 304 terrorçunun məhv edildiyi və 170-dən çoxunun yaralandığı barədə məlumatlar təsdiq olunub. Öldürülmüş terrorçulardan yeddisi müxtəlif səviyyəli səhra komandiridir”.

Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında