İŞİD Las-Veqas qətliamını öz üzərinə götürüb

Bazar günü axşam ABŞ-ın Las-Veqas şəhərində sivil insanlara yönələn müəmmalı qətliamda 59 nəfərin öldüyü, 527 insanın yaralandığı bildirilir. Açıq havada keçirilən kantri musiqi festivalına toplaşmış minlərlə insan yaxınlıqda yerləşən otelin pəncərəsindən açılan atəşlə gülləbaran edilmişdi. “Amerikanın səsi”nin verdiyi xəbərə görə, polis qatilin kimliyini müəyyənləşdirsə də, cinayətin motivi hələlik sirr olaraq qalır. Qatil cinayəti törətdiyi “Mandalay bay”otelinin 32-ci mərtəbəsindəki otaqda ölü vəziyyətdə tapılıb. Onun yaxalanma anında intihar etdiyi güman edilir. Las Veqas polisinin “tənha canavar” adı verdiyi qatilin 64 yaşlı Nevada sakini Stefan Paddok olduğu müəyyənləşdirilib. Onun qaldığı otel otağından 23 silah, Nevadadakı evindən isə 19 odlu silah və  xeyli partlayıcı maddə tapılıb.

Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürsə də, Paddokun aylar öncə İslam dinini qəbul etdiyini və terrorçu təşkilata üzv olduğunu iddia etsə  də, Federal Tədqiqatlar Bürosu bununla bağlı hər hansı dəlilin olmadığını bildirib. Las Veqas şəhərinin polis şefi Co Lombardo Paddokun hansı inanc sisteminə qulluq etməsi barədə məlumata malik olmadığını deyib. O əlavə edib ki, Paddokun hansısa militant qrupa üzv olmasına inanmır, lakin  kəşfiyyat orqanları  İŞİD-ın iddiası ilə bağlı  araşdırmanı davam etdirirlər.

KİV-in yaydığı xəbərlərdə hadisə baş verən zaman 22 min insanın konsertdə olduğu deyilib. Hücum yerli vaxtla saat 22:30-da baş verib. Şahidlər yüzlərlə güllənin atıldığını deyirlər. Minlərlə  insan qaçaraq ərazini tərk edib. Sosial media şəbəkələrində paylaşılan videolarda davamlı silah atəşləri açıldığı, insanların gizlənməyə çalışdıqları və qışqıraraq konsert keçirilən yeri tərk etdikləri görünür.

Polis hadisə yerində bir çox ərazini bağlayıb. Mak-Karran Hava Limanından yollanan bəzi aviareyslər digər hava limanlarına yönəldilib.

ABŞ Prezidenti Donald Tramp hadisəyə  münasibət bildirib. Dövlət başçısı yüzlərlə insanın hazırda matəm içərisində olduğunu deyərək onlara səbr diləyib. Tramp yaralıların daha tez sağalması üçün dua etdiyini deyib. O, Las-Veqasa yola düşərək, qurbanların ailə üzvləri, yaralılar və hüquq-mühafizə orqanlarının üzvləri ilə görüşəcəyini bildirib.

Prezident şərin qalib gələ bilməyəcəyini, bütün qaranlıqların işıqlı tərəfi olduğunu qeyd edib. “Mən və Melania bütün xalqımız üçün  dua edirik. Tanrı Amerikanı qorusun!” – deyə Prezident çıxışını bitirib.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında