Bakıda MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilib

Oktyabrın 2-də Bakıda MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistanın nümayəndələri iştirak ediblər.

Azərbaycanı tədbirdə fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, nazir müavini Faiq Tağızadə və nazirliyin baş idarə rəisinin müavini Gündüz Həmzəyev təmsil ediblər.

Əvvəlcə iclasın gündəliyi elan olunub.

Sonra Rəfail Mirzəyev iclasda Şuranın növbəti müddət üçün sədri, Rusiyanın və Belarusun fövqəladə hallar nazirlərinin birinci müavinləri Vladimir Stepanov və Vasili Stepanenko isə həmsədrləri seçiliblər.

İclas iştirakçıları Şuranın 2016-2017-ci illərdəki fəaliyyətinin nəticələrini müzakirə ediblər. Toplantıda MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının möhkəmləndirilməsi və quruma üzv dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallar barədə qarşılıqlı məlumatlandırılmasına dair nəzarət məqsədli yoxlamaların plan-qrafiki ilə bağlı fikir mübadiləsi aparılıb.

Şura üzvləri əməkdaşlığın müqavilə-hüquqi bazasını təkmilləşdirmək məqsədilə 2020-ci ilədək olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər Planını nəzərdən keçiriblər. Qeyd edilib ki, MDB-nin və Dövlətlərarası Şuranın ali orqanlarının qəbul etdiyi qərarlar uğurla icra olunur.

Şura üzvləri fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində MDB ölkələri arasında əməkdaşlığın müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi məsələsini də müzakirə ediblər. Həmçinin Birliyə üzv dövlətlərin əsas təşkilatlarının fəaliyyətini tənzimləyən fövqəladə hallar sahəsində xəbərdarlıq və onun qarşısının alınması sahəsində kadr hazırlığı üzrə sənədə əlavə və dəyişikliklərə baxılıb.  

Bundan əlavə, iclasda təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müqavilə-hüquqi bazanın inventarizasiyası məsələsi müzakirə edilib və 2017-2018-ci illərdə Dövlətlərarası Şuranın əsas fəaliyyət və tədbirlər planı formalaşdırılıb.

Habelə təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün MDB-nin Qüvvələri Korpusunun idarəetmə orqanının tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulub. Dövlətlərarası Şuranın cari il üçün nəzərdə tutulan əsas tədbirləri, Şuranın növbəti iclasının keçiriləcəyi yer və iclasın gündəliyinin layihəsi razılaşdırılıb. MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 31-ci iclasının Belarusda keçirilməsi barədə qərar qəbul olunub.

MDB İcraiyyə Komitəsinin təhlükəsizlik sahəsində əməkdaşlıq, yeni çağırışlara və təhdidlərə qarşı mübarizə üzrə departament direktoru Albert Drujinin qeyd edib ki, MDB-nin iştirakçısı olan ölkələr üçün Dövlətlərarası Şura olduqca vacibdir. “Hər dövlətdə müxtəlif təbii və texnogen xarakterli qəzalar baş verir. Ona görə də burada Şura üzvləri, iştirakçı dövlətlərin nümayəndələri ümumi qərarlar qəbul edirlər. İmkanlar və vasitələr sayəsində ölkələr MDB çərçivəsində təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması sahəsində bir-birinə kömək edirlər. Buna görə də burada ən mühüm mövzular, o cümlədən təbii fəlakətlər zamanı qarşılıqlı məlumatlandırılma məsələləri müzakirə olunur”, - deyə A.Drujinin vurğulayıb.

FHN-in baş idarə rəisinin müavini Gündüz Həmzəyev bildirib ki, iclas çərçivəsində fövqəladə hallar zamanı ölkələr arasında bir-birinə yardım etmək barədə tədbirlər planının qəbul olunması nəzərdə tutulur. Beləliklə, fövqəladə hallar baş verərkən hər ölkənin müvafiq nazirliklərinin böhran vəziyyətlərində idarəetmə mərkəzləri bir-biri ilə əlaqə saxlayacaq və eyni zamanda, həm MDB məkanında, həm də imzalanmış ikitərəfli müqavilələr əsasında qarşılıqlı yardımlar ediləcək. Çünki son illər təbii və texnogen xarakterli fövqəladə halların daha çox baş verməsi müşahidə olunur. Ümidvarıq ki, bu səpkidə tədbirlər gələcəkdə baş verə biləcək fövqəladə hallar zamanı digər ölkələrin qazandığı təcrübənin ölkəmizdə tətbiqinə töhfə verəcək”.

İclasın sonunda Şuranın protokolu imzalanıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında