Azərbaycan – Türkiyə birgə layihəsi

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi ilə bağlı təqdimat olub. Layihə Türkiyənin “Zengin Yayıçılıq” kitab nəşri və satışı şirkəti ilə birlikdə həyata keçirilir.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak edirib.

Qeyd olunmuşdur ki, bir il əvvəl “Zengin Yayıçılıq” şirkətinin rəhbəri Seving Fırat nazirliyə müraciət edərək Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması üçün birgə layihə həyata keçirməyi təklif edib. Nazirlik nəşr evinin bu təklifini dəstəkləyib.

Ötən müddət ərzində “Zengin Yayıçılıq” Azərbaycan ədəbiyyatı nümunələrinin türk dilinə tərcüməsi və nəşrini, habelə ölkədə satışının təşkil edib. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, İlyas Əfəndiyevin “Körpüsalanlar”, Mir Cəlalın “Bir gəncin manifesti”, Yusif Səmədoğlunun “Qətl günü” əsərləri Türkiyə kitabsevərləri arasında maraqla qarşılanıb. Əsərləri Anadolu türkcəsinə əslən Azərbaycandan olan yazıçı-tərcüməçi Yurtsevən Şen çevirib.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, naşir Seving Fırat, tərcüməçi Yurtsevən Şen, Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov çıxış edib.

Çıxışlarda layihənin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan ədiblərinin kitabları 40 min ümumi tirajla çap olunub. Təqdirəlayiq haldır ki, ilk kitabların satışından əldə edilən vəsait növbəti əsərlərin nəşr xərcini ödəyir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında