Kənd təsərrüfatı sahəsində yenilik – sürücüsüz traktor

Yaponiyanın Kioto şəhərində işə başlayan Beynəlxalq Elm və Texnologiyalar Cəmiyyətdə Forumunda yeni yapon istehsalı olan pilotsuz traktorun təqdimatı keçirilib. Yeniliyi forumda iştirak edən Yaponiya hökumətinin başçısı Şinzo Abe təqdim edib. Bu barədə RİA “Novosti” informasiya agentliyi məlumat yayıb.

Yaponiya hökumətinin başçısı bildirib ki, bu traktorlar istənilən iqlim şəraitində müstəqil işləyəcək və yapon fermerlərin işlərini stimullaşdıracaq. Bundan başqa fermerlərin təsərrüfatla bağlı problemlərinin həlli asanlaşacaq. Nazir qeyd edib ki, bu yeni texnika yalnız hərəkət etmir, eyni zamanda, GPS naviqasiya sistemi vasitəsilə bir-biri ilə “ünsiyyət” yaradır.

Şinzo Abe həmçinin əlavə edib ki, yalnız bir ölkənin deyil, bütün dünyanın gələcəyi innovasiya və texnologiyaların inkişafı ilə bağlıdır.

Qeyd edək ki, bu nüfuzlu tədbir hər il Kioto şəhərində hökumət nümayəndələri, şirkət rəhbərləri və dünyanın müxtəlif ölkələrinin elm ictimaiyyətinin üzvlərinin iştirakı ilə keçirilir.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında