Son illərdəki müharibələr ABŞ-a 1,7 trilyon dollara başa gəlib

2001-ci ildən bəri Əfqanıstan, İraq və bir sıra digər ölkələrdə aparılan hərbi əməliyyatlar, eləcə də İŞİD-ə qarşı mübarizə ABŞ-a 1,7 trilyon dollara başa gəlib. Bu qənaətə Massaçusets ştatının Northempton şəhərində yerləşən “Layihə – milli prioritetlər” tədqiqat təşkilatının ekspertləri gəliblər. Məlumatı TASS verib.

Məlumata görə, təşkilat dövlət büdcəsinin xərcləri ilə bağlı təhlil aparmaqla məşğuldur. Təşkilatın öz saytında yerləşdirdiyi elektron tabloda ABŞ-ın 2001-ci ildən bəri bütövlükdə müharibələrə və Əfqanıstan, İraq və İŞİD-lə bağlı ayrı-ayrı kampaniyalara nə qədər xərc çəkdiyi göstərilir.

Ekspertlərin verdiyi faktlara əsasən, Vaşinqton 2001-ci ilin oktyabrında başladığı Əfqanıstan müharibəsinə artıq 785 milyard dollardan çox xərc çəkib. “ABŞ vergiödəyiciləri bu əməliyyatların hər saatı üçün 4 milyon dollar ödəyir”, - deyə təşkilatın saytında qeyd edilir.

2003-cü ilin martında başlanmış İraq əməliyyatlarına isə 821 milyard dollara qədər pul xərclənib. İŞİD-lə mübarizə ABŞ büdcəsinə 17 milyard dollar ziyan vurub. “İŞİD-lə mübarizənin hər saatı üçün ABŞ-ın vergiödəyiciləri 615,5 min dollar ödəyir”, – deyə ekspertlər bildirirlər.

Onların sözlərinə görə, öz hesabatlarını hazırlayarkən yalnız ABŞ Müdafiə Nazirliyinin rəsmi məlumatlarını əsas götürüblər və bu zaman Mərkəzi Kəşfiyyat İdarəsi və digər kəşfiyyat orqanlarının hərbi əməliyyatlar üçün xərclədikləri gizli məbləğləri nəzərə almayıblar. Bundan əlavə, yaxın 40 il ərzində həlak olmuş hərbçilərin ailələrinə, yaralı veteranların müalicəsinə, məhv edilmiş hərbi texnikaların dəyişdirilməsinə çəkiləcək xərclər də bura aid edilməyib. Əgər bütün bu xərclər də nəzərə alınsa, Braun Universiteti analitiklərinin hesablamalarına görə, ümumi məbləğ 5 trilyon dollara yaxınlaşar. Bu il oktyabrın 1-dən başlanan yeni maliyyə ili üçünsə Donald Tramp administrasiyası Konqresdən daha 65 milyard dollar vəsait istəyib.

Xatırladaq ki, bir müddət əvvəl Konqresin tədqiqat xidmətinin ekspertləri hesablayıblar ki, İkinci dünya müharibəsi ölkəyə 2008-ci ilin qiymətləri ilə 4,1 trilyon dollara, Vyetnam müharibəsi 686 milyard dollara, Koreya yarımadasındakı müharibə 320 milyard dollara, Birinci dünya müharibəsi isə 253 milyard dollara başa gəlib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında