ABŞ Şimali Koreya ilə bağlı müzakirələri “hədər yerə itirilmiş vaxt” hesab edir

ABŞ- Şimali Koreya münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Çinə səfər edib. Dövlət katibi bildirib ki, Pekinə səfərinin əsas məqsədi Çini Koreya Xalq Demokratik Respublikasına qarşı “maksimum təzyiq” kampaniyasında əməkdaşlığa təhrik etməkdir. Reks Tillerson, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Şimali Koreyanın nüvə proqramını müzakirə edib.

ABŞ Prezidenti Donald Tramp isə “Twitter” səhfəsində yazıb: “Reks, enerjini əbəs yerə sərf etmə, biz nə lazımdırsa, onu edəcəyik”. O, Şimali Koreya lideri ilə müzakirələr aparılmasını “hədər yerə itirilmiş vaxt” adlandırıb.

Qeyd edək ki, ABŞ Çin rəsmiləri ilə Şimali Koreyadan idxalın azaldılması ilə bağlı məsləhətləşmələr aparır. Bu da Şimali Koreyanın gəlirlərinin azaldılmasını nəzərdə tutur. Dövlət Departamentinin açıqlamasında deyilir ki, Şimali Koreya 2016-cı ildə Çinə ixrac olunan məhsullardan 1,5 milyard dollar qazanıb. Qeyd edək ki,  Çin Şimali Koreyanın bir nömrəli ticarət tərəfdaşıdır. ABŞ rəsmiləri bildirirlər  ki, sanksiyaların tətbiqinə Çinin də qoşulması Pxenyanın valyuta qazanmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında