Məmmədbağır Əliyev Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə üzv seçilib

Ümumrusiya Azərbaycan Konqresinin keçmiş prezidenti, akademik Məmmədbağır Əliyev Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə üzv seçilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının saytında yerləşdirilib.

Sentyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclası keçirilib. İclasda akademiyanın Rəyasət Heyətinin yeni tərkibi seçilib. Səsvermə zamanı 79 akademik akademiyanın Rəyasət Heyətinə seçilib. Onların arasında Məmmədbağır Əliyev də var. Onun lehinə 1039 nəfər, əleyhinə isə 77 nəfər səs verib.

Rəyasət Heyətinin üzvləri arasında Rusiyanın Nobel mükafatçısı Jores Alfyorov, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi də var.

Rusiyanın Əməkdar elm xadimi Məmmədbağır Əliyev N.N. Bloxin adına Uşaq Onkologiyası və Hematologiyası Milli Tibbi Tədqiqat İntitunun direktorudur.

Qeyd edək ki, yığıncaqda akademiyanın yeni prezidenti postuna 62 yaşlı akademik, Nijeqorod Tətbiqi Fizika İnstitutunun direktoru Aleksandr Sergeyev seçilib. O, rəqibi Robert Niqmatulindən 633 səs çox, yəni 1042 səs toplayıb.

Akademiyanın vitse-prezidenti vəzifəsinə 11 nəfər seçilib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında