Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəndən sonra iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ilk sınağı uğurla başa çatıb. Yaxın günlərdə dövlət başçılarının iştirakı ilə Bakıda BTQ-nin rəsmi açılışı mərasimi keçiriləcək.

Xatırladaq ki, dünyanın ən böyük layihələrindən biri olan BTQ dəmir yolu layihəsinin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülüb. Bu yolun Gürcüstan ərazisindəki tikintisi də Azərbaycanın ayırdığı sərfəli kredit hesabına və Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilib. Bu layihə təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, dünya dövlətləri üçün böyük əhəmiyyətə malikdir.

BTQ dəmir yolu bağlantısı layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətlərinin daim diqqət mərkəzində olub. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.

Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılan sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha rahat səfər etmələrini reallaşdıracaq.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi barədə danışıqlara hələ 1993-cü il iyulun 26-29-da Ankara şəhərində keçirilən Türkiyə-Gürcüstan arasında müvafiq komissiyanın iclasında başlanılıb. 2002-ci il iyulun 20-21-də isə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin yığıncağında bu layihənin həyata keçirilməsi barədə imzalanan protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın o vaxtkı Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini söyləyib və Azərbaycanın da bu layihədə iştiraka hazır olduğunu bildirib.

Yeri gəlmişkən, 2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 2008-ci il iyul 24-də isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında