Nəsimi rayonu: Ahıl vətəndaşlar diqqət və qayğı ilə əhatə olunublar

1992-ci ildə BMT-nin Baş Məclisi ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir. Həmin qətnamənin prinsiplərinə uyğun olaraq dünyanın əksər ölkələrində hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilir.

Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamladı, onlara uzun ömür və cansağlığı arzulayaraq dövlətimiz tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etdi. Bildirdi ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu üzvləridir və onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu siyasət nəticəsində son illərdə pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılmışdır. Asif Əsgərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da ahıl və yaşlı insanlara göstərdiyi diqqət və qayğıdan danışdı, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.

Bu gün Nəsimi rayonunda yaşı 70-dən yuxarı olan 4722 nəfər ahıl yaşayır. Onlardan 2512 nəfəri kişi, 2210 nəfəri qadındır. Rayon Sosial Müdafiə Mərkəzinin sosial xidmət şöbəsində 278 nəfər tənha və əlil vətəndaş qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Ümumi qeydiyyatda olanlardan 5 nəfəri I qrup əlil, 37 nəfər isə II qrup əlildir. Rayonda 100 yaşdan yuxarı 8 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.

Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən müharibəsi veteranı Ağababa İskəndərov, əmək veteranı Tamella Fərəcova və digər çıxış edənlər rayonda ahıllara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr  verildi.

Ə. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında