“SpaceX” yeni çoxməqsədli kosmik raket hazırlayır

Birləşmiş Ştatların yüksək texnologiyalar üzrə ixtisaslaşmış “SpaceX” şirkəti BFR adlı yeni çoxməqsədli raket hazırlayır.  Bu barədə xəbəri “space.com” saytı verib.

Mənbənin məlumatına görə, BFR-in uzunluğu 100 metr, diametri isə 9 metr olacaq. Raket saatda 29 min kilometr sürətlə hərəkət edəcək. Raket 150 ton yükdaşıma qabiliyyətinə malik olacaq.

Yeri gəlmişkən, yeni çoxməqsədli raket vasitəsilə kosmosa sərnişin daşınması da planlaşdırılır. Raketin 120 sərnişin daşıması nəzərdə tutulub.

Qeyd edək ki, bu barədə “SpaceX” şirkətinin təsisçisi Elon Musk Avstraliyada keçirilən astronavtika üzrə beynəlxalq konqresdə məlumat verib.  “BFR raketi vasitəsilə biz Yer kürəsinin əksər yerlərinə 30 dəqiqəyə, istənilən nöqtəsinə isə 60 dəqiqədən az vaxt ərzində çata biləcəyik. Yeni texnologiya əsasında yaradılmış bu raketdən həmçinin Mars və Aya uçuşlar da həyata keçirmək mümkün olacaq”, – deyə E. Musk bildirib.

Qeyd edək ki, şirkət, həmçinin 2018-ci ildə Marsa ilk pilotsuz uçusunu, 2020-2025-ci illərdə isə pilotlu uçuşu həyata keçirməyi planlaşdırır.

Əfsanə MƏHƏMMƏDLİ,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında