Vaşinqton referendumun nəticələrini tanımayacaq

ABŞ hökuməti İraq Kürdüstanında müstəqilliklə bağlı keçirilən referendumun nəticələrini tanımayacaq. Bunu dövlət katibi Reks Tillerson bəyan edib. Diplomatın sözlərinə görə, Vaşinqton İraqın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və Kürdüstan Regional Hökumətinin keçirdiyi birtərəfli referendumu legitim hesab etmir. Bu barədə “Reuters” xəbər verib.

 “Təəssüf ki, bu səsvermə bölgədə onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Biz tərəfləri sakitliyə və qarşılıqlı hədələrdən çəkinməyə çağırırıq”-deyə Tillerson bildirib.

Xatırladaq ki, İraq Kürdüstanında müstəqilliklə bağlı referendum sentyabrın 25-də keçirilib. Referendumun nəticələrinə görə, əhalinin 91,83 faizi Kürdüstanın İraqdan ayrılmasını dəstəkləyib. 

İraq hökuməti, eləcə də qonşu Türkiyə və İran kürdlərin referendumuna etirazlarını bildiriblər. Rəsmi Bağdad referendumu təsdiq edənləri cəzalandıracağına, hava hövzəsini bağlayacağına və Türkiyə ilə hərbi təlimlərə qoşulacağına söz verib. İraq parlamenti çərşənbə günü Baş nazir Heydər əl-Abadidən Kərkükün kürdlərin nəzarətindəki neft yataqlarının nəzarətdə saxlanması üçün bölgəyə ordu göndərilməsini istəyib.

Türkiyə isə  referendumla əlaqədar əraziyə  yük daşımalarını və neft idxalını dayandıracağı ilə hədələyib.

İran isə hələ referendumdan əvvəl Kürdüstan regionuna təyyarə uçuşlarını dayandırıb.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında