Rəsmi Bağdad: İspaniya vahid və bölünməz qalmalıdır

Bu gün, oktyabrın 1-də Kataloniyanın müstəqilliyi ilə bağlı ümumxalq səsverməsi keçirilir. Dünən vilayətin mərkəzi şəhəri hesab olunan Barselonada referendumu dəstəkləyən izdihamlı mitinq təşkil olunub. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Rəsmi Madrid isə referendumu qeyri-legitim hesab etdiyini açıqlayıb və katalonların referendum keçirmələrinə hər vəchlə mane olacağını bəyan edib. İspaniya hökumətinin başçısı Mariano Raxoy yerli mediaya açıqlamasında bir daha deyib: “İspaniya vahid və bölünməz qalmalıdır”.

Lakin Kataloniya muxtar regionunu hakimiyyətinin başçısı Karles Puçdemon katalon xalqının iradəsinə qarşı çıxmağın mümkün olmayacağını bildirib: “Bu gün qələbə bizimlədir. Bizi əvvəllər başa düşmədikləri kimi, indi də başa düşmürlər. Onlar bilmirlər ki, xalqımız çətinliklər qarşısında daha da mətin olur. Bu, bizim üçün qələbə deməkdir”.

Dünən məlumat yayılıb ki, İspaniyanın mərkəzi hakimiyyətinin tabeliyində olan Kataloniya polisi ümumxalq səsverməsinə mane olmaq üçün seçki məntəqələrini mühasirəyə almağa hazırlaşır. Lakin referendum tərəfdarları ailələri ilə birlikdə dünən gecədən başlayaraq seçicilərin normal səs  vermələrini təmin etmək üçün seçki məntəqələrinin yerləşdiyi məktəb binalarında toplaşıblar.

Qeyd etmək lazımdır ki, Barselonadan fərqli olaraq, paytaxt Madriddə referendumla bağlı tamamilə əks əhval-ruhiyyə hökm sürür. Bəllidir ki, ispanların böyük əksəriyyəti referendumu ölkənin ərazi bütövlüyünə ciddi təhlükə hesab edərək onun keçirilməsinin əleyhinədir.

Dünən Madriddə minlərlə referendum əleyhdarı ölkənin suverenliyini dəstəkləmək məqsədilə rəmzi səsvermə keçirib. Mühafizəkar “Hazte Oir” (tərcüməsi “Səsinin eşidilməsinə nail ol” deməkdir-müəllif) hərəkatı İspaniya paytaxtının izdihamlı küçələrinin birində səsvermə qutuları quraşdırıb.

“Hazte Oir” hərəkatının rəhbəri İqnasio Arsuaqa deyib ki, biz artıq İspaniyanın vahid və bölünməz qalmasına səs verdik. Katalonlar qoy bir saatın içində beş əsrlik birgə tarixi unutmasınlar. Kataloniya bundan sonra da İspaniyanın tərkibində qalmalıdır.

İspaniya rəsmiləri dünən çox sayda açıqlamalar verərək oktyabrın 1-nə təyin olunmuş referendumu dönə-dönə qanunsuz adlandırıblar. İspaniya Konstitusiya Məhkəməsi də referendumu qeyri-legitim hesab edir, nəticələrinin tanınmayacağını bildirib.

Yeri gəlmişkən, İspaniyanın Baş naziri Mariano Raxoy bir neçə gün əvvəl ABŞ-a səfər edib. O, Vaşinqtonda Ağ evin hazırkı sahibi Prezident Donald Trampla görüşərək danışıqlar aparıb. ABŞ dövlətinin başçısı İspaniyanın ərazi bütövlüyünün qorunmasının vacib olduğunu bəyan edib.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında