Suriyada İŞİD-ə daha bir zərbə vurulub

Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə davam edir. Dünən hökumət qoşunları və müttəfiq qüvvələri Palmira--Deyr-əz-Zor magistralında terrorçuların güclü hücumunun qarşısını alıb. Bu barədə əməliyyat qərargahının nümayəndəsi məlumat verib.

TASS-ın verdiyi xəbərə görə, İŞİD döyüşçüləri Deyr-əz-Zor və Əs-Sühnə şəhərləri arasındakı Əş-Şülyə yaşayış məntəqəsi rayonunda magistral yolu ələ keçirərək bağlamağa cəhd göstəriblər. “Şiddətli döyüşlərdən sonra terrorçular çoxlu itki verərək geri çəkilməyə məcbur olublar”, - deyə qərargah nümayəndəsi bildirib.

Xatırladaq ki, Palmiradan Deyr-əz-Zora gedən yol ikincinin təchizatında əhəmiyyətli mövqe tutur. Lakin magistral son üç il ərzində İŞİD-in nəzarəti altında olub. Bu yolla hər gün şəhərə ərzaq, tibb ləvazimatları, eyni zamanda, Suriyanın Qızıl Aypara və Qırmızı Xaç Komitəsinin xətti ilə humanitar yüklər daşınıb. Bu il sentyabrın əvvəllərində Suriya ordusunun və müttəfiqlərin döyüşçüləri cənub-qərb istiqamətində irəliləyərək Deyr-əz-Zorda terrorçuların mühasirəsini yarıb və şəhərin müdafiəçiləri ilə görüşüblər. Sentyabrın 28-də isə şəhərin 85 faizi Suriyanın hökumət qüvvələrinin nəzarəti altına keçib.

Rusiya Müdafiə Nazirliyinin keçirilmiş uğurlu əməliyyatlarla bağlı məlumatında deyilir ki, ölkənin Hava Kosmik Qüvvələri Suriya ərazisində iki ildir işə başlayıb və bu il antiterror əməliyyatının başa çatacağı gözlənilir. Artıq Suriyanın hökumət qüvvələri Rusiya hərbçilərinin dəstəyi ilə ölkə ərazisinin 85 faizini terrorçulardan azad edib.

Keçən il Hələb azad edilib, İŞİD-in Akerbatdakı iri komanda məntəqəsi ələ keçirilib ki, bu da Deyr-əz-Zorda hücum əməliyyatlarına başlamağa imkan verib. Üç ildən bəri İŞİD-in mühasirəsində qalmış şəhər hazırda blokadadan çıxarılıb və hərbçilər onun məhəllərinin və ətraflarının təmizlənməsi ilə məşğuldur.

Türkiyənin “Anadolu” agentliyi isə bildirir ki, İdlib əyalətinin cənub hissələrinə intensiv aviasiya zərbələri endirilməsi nəticəsində son 10 gün ərzində 100-dən artıq dinc sakin həlak olub. Aviazərbələr cümə günündən etibarən daha da güclənib və İdlibin əsasən 4 rayonunu, 4 qəsəbəsini və 15 kəndini əhatə edib.

Məlumata görə, Türkiyə ilə sərhəddəki Rəs əl-Hüs və Harum kəndlərində tikililərin necə yandığını türk kəndlərindən müşahidə etmək mümkündür. Harumda 12 nəfər həlak olub, onlardan beşi uşaqdır.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında