ABŞ Prezidenti Angela Merkeli təbrik edib

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. ABŞ lideri kansleri seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona uğurlar diləyib. İki ölkə liderləri söhbət zamanı KXDR ətrafında baş verən böhranı müzakirə ediblər. Kansler bu münaqişənin sülh yolu ilə həlli üçün bütün vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıb. Tərəflər KXDR rejiminə diplomatik və siyasi təzyiqlərin gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər. Almaniya hökumətinin mətbuat xidməti bildirib ki, liderlər Suriya və Livan, eləcə də İsrail ətrafında baş verən münaqişələrə də toxunublar.

Almaniya və ABŞ liderləri İranın raket proqramı barədə danışarkən bunun BMT Təhlükəsizlik Şurasının qərarı ilə uyğunsuzluq təşkil etdiyini deyiblər. Merkel İranın nüvə proqramı ilə bağlı razılaşmanı dəstəklədiyini təsdiqləyib. Kansler və Prezident Donald Tramp İranla “altılığ”ın vasitəçiliyi ilə hazırlanan razılaşmanın gələcəyini də müzakirə ediblər. Məlumatı RİA “Novosti” verib.

 Qeyd edək ki, 2015-ci il iyulun 14-də İran və “altılıq” ölkələri rəsmi Tehranın nüvə probleminin həlli ilə əlaqədar tarixi razılığa gəlmişdilər. BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqının İrana qarşı daha əvvəl tətbiq olunmuş, maliyyə sanksiyalarının aradan qaldırılması ilə bağlı birgə fəaliyyət planı qəbul edilmişdir. Plan 16 yanvar 2016-cı il tarixdə qüvvəyə minmişdir. Donald Tramp bu razılaşmadan əl çəkmək barədə yollar axtarsa da, digər iştirakçı ölkələr bu plana sadiq qalacaqlarını bəyan ediblər.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında