Donald Tramp Asiya ölkələrinə səfərə yollanacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp özünün ilk Asiya səfərinə yollanacaq. Səfər zamanı ABŞ Prezidenti Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam, Filippin və həmçinin Havay adalarında olacaq. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Mənbənin Ağ evin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, ərəfindən Trampın səfəri 3-14 noyabr tarixində reallaşacaq.

Qeyd edək ki, Prezident Donald Tramp səfər çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək, o cümlədən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq və Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının sammitində iştirak edəcək.

Məlumatda, həmçinin qeyd olunur ki, Donald Tramp Amerikanın təhlükəsizliyi və inkişafı üçün azad və açıq Hind-Sakit Okean regionunun əhəmiyyətini müzakirə etmək niyyətindədir. O, Amerikanın ticarət tərəfdaşları ilə ədalətli və qarşılıqlı mənfəətə əsaslanan iqtisadi münasibətləri vacib hesab edir.

Ağ evin mətbuat xidməti prezidentin görüşlərinin Şimali Koreya tərəfindən gələn təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin qətiyyətini artıracağını vurğulayıb.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında