BƏƏ-də “süni Mars” şəhəri salınacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti bəşəriyyətin Marsda yaşaya biləcəyini tədqiq etmək üçün yeni şəhər inşa etməyi planlaşdırır. Bildirilir ki, layihənin dəyəri 136 milyon dollardır. Bu barədə xəbəri “thenational.com” saytı verib.

 Məlumatda bildirilir ki, “Mars elmi şəhəri” (“Mars Scientific City”) adlandırılan layihəni Dubayın vəliəhdi, BƏƏ-nin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum hökumətin iclasında təqdim edib.

Layihəyə qida, enerji, su üçün laboratoriyalar, habelə ərzaq təhlükəsizliyi ilə bağlı araşdırmalar daxildir. Laboratoriyalar 3-D çap texnologiyası, istilik və radiasiya izolyasiyası vasitəsilə “qırmızı planet”in ərazi və sərt mühitini Yer kürəsində yaratmağa imkan verəcək. Burada, həmçinin insanlığın ən böyük kosmik nailiyyətlərini əks etdirən muzeyin inşası da planlaşdırılıb.

Qeyd edək ki, şəhər inşa edildikdən sonra bir qrup şəxsin təcrübə məqsədilə 1 il müddətində “qırmızı planet” şəhərində yaşaması nəzərdə tutulub.

Əfsanə MƏHƏMMƏDLİ,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında