Vladimir Putin: Türkiyə Prezidentinin iradəsi sayəsində Suriyada uğur əldə olunub

Ankarada Türkiyə və Rusiya liderləri danışıqlar aparıblar

Rusiya Prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Suriyada təhlükəsiz zonaların yaradılması Cenevrə sülh prosesinə mühüm impuls verə bilər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyədə rəsmi səfərdə olan Rusiya dövlətinin başçısı qeyd edib ki, Suriyada təhlükəsiz zonaların yaradılması heç də asan proses deyil. Lakin Prezident Ərdoğanın təşəbbüsü və iradəsi sayəsində bu istiqamətdə nəzərəçarpan uğur əldə edilib.

V.Putin sonra xatırladıb ki, Suriyada təhlükəsiz zonaların yaradılması məsələsi onun Türkiyə Prezidenti ilə hələ Soçidəki görüşü zamanı müzakirə olunub. Onun sözlərinə görə, bu, çox prinsipial məsələdir, təkcə Suriya xalqı üçün deyil, bütün region, hətta dünya üçün çox vacibdir.

Rusiya lideri suriyalı qaçqınların taleyi məsələsinə də toxunub: “Biz qaçqınların evlərinə qayıtmaları üçün şərait yaradırıq. Bu, BMT-nin himayəsi altında Cenevrədə Suriya üzrə keçirilən danışıqlar prosesinin fəallaşması üçün zəruridir”.

Türkiyə Prezidenti, sözügedən mətbuat konfransında çıxış edərkən, Suriya münaqişəsinin nizamlanması məsələsində rusiyalı həmkarının mövqeyi ilə həmrəy olduğunu vurğulayıb. R.T.Ərdoğan bu istiqamətdə Türkiyə və Rusiya dövlətləri arasında sıx əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu dilə gətirib. Onun sözlərinə görə, Suriya və İraqdakı mövcud vəziyyət Ankarada ikitərəfli danışıqların əsas predmeti olub. R.T.Ərdoğan deyib: “Ankara və Moskva İraq və Suriyanın ərazi bütövlüyünün toxunulmaz qalması məsələsində eyni mövqedədirlər”.

Bununla bərabər, Türkiyə Prezidenti təəssüf etdiyini bildirib ki, regionda vəziyyət təhlükəli həddə çatır. R.T.Ərdoğan qeyd edib ki, bu il 25 sentyabrda İraqın şimalında keçirilən referendumun heç bir hüquqi əsası yoxdur. Bu səsvermə İraq Konstitusiyasına və beynəlxalq hüquq normalarına ziddir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında