İraq ordusu Kərkük uğrunda əməliyyata başladı

Dünən İraq hərbçiləri Kərkük əyalətinin Əl-Hüveycə şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda əməliyyatın yeni mərhələsinə başlayıb. Bu barədə İraqın Baş naziri, Silahlı Qüvvələrin Baş komandanı Heydər əl-Abadi bəyan edib. Məlumatı TASS verib.

Əl-Abadinin sözlərinə görə, başlanan kampaniyanın məqsədi eyni adlı əyalətin inzibati mərkəzi olan Kərkük şəhərinin qərbindəki regionu bütünlüklə terrorçulardan azad etməkdir. Hücum əməliyyatlarında İraqın federal polis qüvvələri, Daxili İşlər Nazirliyinin çevik polis dəstələri, xüsusi təyinatlılar, yerli “Əl-Həşd əş-Şəabi” və digər yerli özünümüdafiə qüvvələri iştirak edirlər. Havadan isə hökumət qüvvələrinə Hərbi Hava Qüvvələrinin aviasiyası dəstək verir.

Döyüşlərə hazırda Kərkükə nəzarət edən “peşmərgə”nin cəlb edilib-edilmədiyi barədə məlumat verilmir. Əvvəllər bildirilirdi ki, həmin qüvvələr Əl-Hüveycə şəhərinin azad edilməsi uğrunda əməliyyatlarda fəaliyyəti  əlaqələndirmək barədə İraq Silahlı Qüvvələri ilə razılaşma əldə edib.

İraq parlamenti bir neçə gün əvvəl hökumətin tələbinə məhəl qoymayaraq referenduma qoşulan Kərkük üzərində nəzarətin bərpası və vətəndaşların təhlükəsizliyinin qorunması üçün şəhərdə qoşun yerləşdirilməsinə artıq razılıq verib. Xatırladaq ki, Kərkükdən 55 kilometr məsafədə yerləşən Əl-Hüveycə şəhəri İŞİD tərəfindən 2014-cü ildə işğal edilib. Son məlumatlara görə, hazırda şəhərə və ətraf rayonlara təxminən iki min terrorçu nəzarət edir. 

Bununla paralel olaraq İraq hərbi qüvvələri Ənbar əyalətinin İŞİD-çilərdən təmizlənməsi əməliyyatını da həyata keçirir. Əyalətin Suriya ilə sərhəddə yerləşən Əl-Kaim, Ana, Rava şəhərləri İŞİD döyüşçülərinin əlindədir.

Bir gün əvvəl isə ABŞ quru qoşunlarının polkovniki, ABŞ-ın başçılığı ilə İraq və Suriyada həyata keçirilən “Yenilməz iradə” əməliyyatı qərargahının rəsmi nümayəndəsi Rayan Dillon bəyan edib ki, “İŞİD bütün cəbhələrdə – istər İraqda, istərsə də Suriyada məğlubiyyətə uğrayır və çalışır ki, əlindəki dayaqları qoruyub saxlasın”.

Onun sözlərinə görə, hazırda İraqda ümumilikdə 42 min kvadratkilometr ərazi terrorçulardan təmizlənib, 4 milyon insan İŞİD-in nəzarətindən çıxıb. Suriyada isə İŞİD zülmündən 2 milyon insan xilas edilib, 44 min kvadratkilometr ərazi təmizlənib. “Artıq İŞİD yalnız həyəcan içində müqavimət göstərir”.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında