Azərbaycan mülki aviasiyası uçuş heyətinin ənənəvi ümumi iclası

Sentyabrın 28-də Azərbaycan mülki aviasiyası uçuş heyətinin ənənəvi ümumi iclası keçirilmişdir.

İclası “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov açmışdır. O, möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqət və qayğısını vurğulayaraq, dövlət başçısının pilot Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamını oxumuşdur.

İclas bir qrup hava gəmiləri komandirinin pensiyaya yola salınması mərasimi ilə davam etmişdir. Cahangir Əsgərov onlara yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafındakı töhfələrinə görə minnətdarlığını bildirmişdir. Sonra onlara qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.

Cahangir Əsgərov iştirakçılara ümummilli lider Heydər Əliyevin “Azərbaycan mülki aviasiyasının ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir” sözlərini sitat gətirərək, iclasın əsas gündəliyini müzakirəyə çıxarmışdır. “Azərbaycan Hava Yolları” QSC-nin uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov uçuşların təhlükəsizliyi məsələləri üzrə məruzə ilə çıxış etmişdir. Daha sonra müzakirələrdə uçuş heyəti iştirak etmişdir.

İclasda, həmçinin uçuşların təhlükəsizliyinin gücləndirilməsi, müasir hava gəmilərinin istismarı, yeni texnologiyaların tətbiqi, heyətin ixtisas səviyyəsinin artırılması və digər məsələlər müzakirə olunmuşdur.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında