Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Sentyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-polkovnik Z.Həsənov Türkiyənin milli müdafiə naziri təyin olunması münasibətilə N.Canikliyə təbriklərini çatdıraraq, onun ilk rəsmi səfərinin məhz ölkəmizə etməsinin ikitərəfli əməkdaşlığımıza verilən yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulayıb.

Nazir bildirib ki, ölkələrimiz arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparılır. Dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji tərəfdaşlığımız daim inkişaf edir.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.

Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən nazir gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündən məmnunluqla danışan türkiyəli nazir əlaqələrimizin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında