Ermənistan vətəndaşının qondarma “Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı” kimi çıxışının qarşısı alınıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bu günlərdə Rumıniyanın Buxarest şəhərində üzvü olduğu Avropa Ombudsmanlar İnstitutunun Baş Assambleyasının iclasında iştirak edib.

Ombudsman Aparatından bildiriblər ki, iclasda çıxış edən ombudsman, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilən Dayanaqlı İnkişaf Məqsədlərinin icrasında Ombudsman İnstitutlarının və Milli İnsan Hüquqları İnstitutlarının rolunun əhəmiyyətinə diqqət çəkib, Azərbaycanın bu istiqamətdə təcrübəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, eyni zamanda, Azərbaycan Ombudsman İnstitutunun da üzvü olduğu Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı tərəfindən qəbul olunmuş Merida deklarasiyasına da toxunub, həmin deklarasiyada insan hüquqları təsisatlarının üzərinə düşən funksiya və vəzifələr barədə danışıb.

Elmira Süleymanova dünyada sülhün və ədalətin bərqərar olması naminə ombudsman institutlarını həmrəyliyə və əməkdaşlığa çağırıb, bununla bağlı bir sıra təkliflər səsləndirib.

Tədbirdə Azərbaycan ombudsmanının əsaslandırılmış, təkidli etirazları nəticəsində Avropa Ombudsmanlar İnstitutunun fərdi üzvü, Ermənistan vətəndaşı olan Ruben Məlikyanın “qondarma Dağlıq Qarabağ respublikası”nın “ombudsmanı” kimi məruzə ilə çıxış etməsinin qarşısı alınıb.

Tədbirdə Azərbaycan Ombudsmanı Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunduğunu və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşdüyünü diqqətinə çatdırıb. Ombudsman, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən məlum dörd qətnaməsini diqqətə çatdırıb və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığını bildirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında