Azərbaycanın və Rusiyanın iqtisadiyyat nazirləri Stavropolda görüşüblər

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilən VIII regionlararası iqtisadi forum çərçivəsində rusiyalı həmkarı Maksim Oreşkinlə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə edilib.

M.Oreşkin qeyd edib ki, Rusiyanın iqtisadiyyatı bərpa olunur. Daxili tələbatın düzgün dinamikası Azərbaycanla ikitərəfli münasibətlərə müsbət təsir göstərir. O deyib: “Sizinlə bizim vəzifəmiz ikitərəfli münasibətləri daha da inkişaf etdirməkdir”.

Ş.Mustafayev M.Oreşkini Rusiyanın iqtisadi inkişaf naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib. İqtisadiyyat sahəsində ikitərəfli münasibətlərin vəziyyətindən məmnun qaldığını bildirən nazir deyib: “Azərbaycan və Rusiya iqtisadiyyatları enerji daşıyıcılarının qiymətlərinin asılılığından tədricən azad olur. Azərbaycan qeyri-neft sektorunun inkişafı, onun şaxələndirilməsi istiqamətini götürüb. Ölkədə tədiyyə tarazlığı sabitləşib. Sevindirici haldır ki, Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı 30 faiz artıb”. Nazirin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoru məhsullarının ixracının xeyli hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir ki, bunun da çox hissəsi Rusiyaya göndərilir.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Stavropol


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında