Statistika Komitəsinin təcrübəsi Parisdə təqdim ediləcək

Azərbaycanda statistik vahidlərin dövlət reyestrinin aparılmasına dair Dövlət Statistika Komitəsinin təcrübəsi Parisdə təqdim olunacaq.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 27-29-da Fransanın paytaxtı Parisdə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMT AİK), Avropa İttifaqının Statistika Bürosu  (Avrostat), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Avropa Azad Ticarət Assosiasiyasının (AATA) dəstəyi ilə “Biznes registr üzrə ekspertlər qrupunun iclası” keçirilir. Tədbirə ölkəmizdən Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov və aparatın statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov qatılıblar.

Üç gün davam edəcək tədbirdə statistik istehsal prosesinin təkmilləşdirilməsində biznes registrin rolu, coğrafi informasiya sistemi ilə biznes registrin inteqrasiyası, biznes registrin digər məlumat mənbələri ilə inteqrasiyasından biznes demoqrafiyasına dair məlumatların əldə edilməsi, keyfiyyətin ölçülməsi və idarə olunması, inzibati məlumat mənbələrindən və mikro məlumatlardan daha əlverişli istifadə və qloballaşmaya dair mövzular əhatə olunacaq. Həmçinin tədbirdə Azərbaycanda statistik vahidlərin dövlət reyestrinin aparılmasına dair Dövlət Statistika Komitəsinin təcrübəsi təqdim ediləcək. 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında