Suriya hökuməti ABŞ-ın ölkədən çıxmasını istəyir

Suriya hökuməti ABŞ-ın ölkədə mövcudluğu məsələsini diplomatik yolla həll etmək istəyir, ancaq əgər diplomatiyanın gücü çatmasa, o zaman başqa tədbirlər görüləcək. Bu barədə Suriyanın xarici işlər naziri Valid Muallim Rusiya telekanallarından birinə müsahibəsində bəyan edib. Məlimatı TASS verib.

“Biz ABŞ-ın Suriyada hərbi mövcudluğunun qeyri-qanuni olduğunu sübut etmək üçün bütün diplomatik qapıları döyəcəyik. Buna Suriya hökumətinin razılığı olmayıb. Diplomatiya gücsüz olsa, biz başqa variantlara baxacağıq”, - deyə XİN başçısı bildirib.

Muallimin sözlərinə görə, Suriya hökuməti ölkənin suvernliyi, müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində hərəkət edəcək. “Biz amerikalıların deyil, amerikalılar bizm əraziyə gəliblər”.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri isə Təhlükəsizlik Şurasının iclasında deyib ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya və onun dəstəklədiyi hərbi qruplaşmalar Rəkkanın terrorçulardan azad edilməsi uğrunda əməliyyatları dayandırıb və öz qüvvələrini Deyr-əz-Zora aparıb ki, Suriya ordusunun şəhəri öz nəzarəti altına almasına imkan verməsin. O təsdiq edib ki, bir il əvvəl ABŞ aviasiyası Deyr-əz-Zorda Suriya ordusunun əlində olan strateji yüksəkliklərə zərbələr endirib və İŞİD terror qruplaşmasına dəstək verib. Nəticədə şəhərin mühasirəsi daha bir il davam edib.

“Suriya və Rusiya Müdafiə nazirlikləri elan etmişdi ki, Deyr-əz-Zor bir həftə ərzində İŞİD-dən azad ediləcək. Bu zaman bizim ordumuz Deyr-əz-Zorun yaxınlığında idi. 850 terrorçunu məhv etmişdik. İŞİD geri çəkilirdi. Suriya ordusu şəhərə və onun yaxınlığındakı rayonlara nəzarəti ələ keçirirdi. Xanımlar və cənablar, təsəvvür edin ki, sonra nələr baş verdi. ABŞ-ın başçılıq etdiyi koalisiya Rəkkada – İŞİD-in dayaq məntəqəsində əməliyyatı dayandırdı və Azad Suriya Ordusu deyilən qüvvəni bizim ordunun artıq azad etmək üzrə olduğu Deyr-əz-Zora yeritdi”, - deyə diplomat qeyd edib.

Bəşər Cəfəri təsdiq edib ki, Rusiyanın səmadan apardığı çəkilişlər Amerika və İŞİD-in mövqeləri döyüşsüz qaydada bir-birinə təhvil verdiyini qeydə alıb.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında